Tramp Fransanı hədələdi


  • 10:52

ABŞ Prezidenti Donald Tramp Fransanı yeni ticarət müharibəsinin başlama riski barədə xəbərdar edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris ABŞ texnologiya şirkətlərinə tətbiq olunan rəqəmsal vergini ləğv etməsə, Fransa şərabları və şampanlarına 100 faiz gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib.

Tramp bu xəbərdarlığı Fransa Prezidenti Emmanuel Makrona şəxsən çatdıraraq ondan texnologiya şirkətlərinə tətbiq olunan 3 faizlik vergini ləğv etməyi tələb edib.

Humay Eminqızı

Oxşar xəbərlər