- 10:52
Kiyevin Darnitski Məhkəməsi sosial şəbəkədə Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edən yerli sakini 5 il müddətinə azadlıqdan məhrum edib.
E-huquq.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, azyaşlı uşağı olan 42 yaşlı qadın sosial şəbəkədə paylaşımlarından birində Zelenskiyə müraciət edərək, ölkədən qaçmağı məsləhət görüb.
Qeyd edək ki, qadın iş üzrə özünü təqsirli hesab etmir və qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Humay Eminqızı