- 18:14
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
E-huquq.az xarici KİV-ə istinadənxəbər verir ki, qara siyahıya 80-dən çox fiziki şəxs və təşkilat əlavə edilib.
Sanksiyalar aşağıdakılara qarşı tətbiq edilib:
Rusiyanın Baş prokuroru Aleksandr Qutsan, vəkil və keçmiş ombudsman Pavel Astaxov, bir sıra jurnalist və bloqerlər, o cümlədən “RT” ilə əməkdaşlıq edən şəxslər. Həmçinin Mitropolit Tixona qarşı da sanksiyalar tətbiq olunub.
Həmçinin Moldovanın dörd vətəndaşına, Oleq Yevtuşenko və dövlət korporasiyasının silahlanma klasterinin sənaye direktoru Bexan Ozdoyevna, “LUKOIL - Zapadnaya Sibir” və “Gazpromneft Shipping” şirkətləri, Prezident yanında Mədəniyyət Təşəbbüsləri Fondu, “Ntechlab” şirkətinin ana şirkəti, Lavoçkin Elmi İstehsalat Birliyi, Aviasiya Zavodu və Qabaqcıl Araşdırmalar Fondu, ERA Hərbi İnnovasiya Texnopolisı, Rusiya Müdafiə Nazirliyinin 18-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu sanksiyalara məruz qalıb.
Humay Eminqızı