Aİ G7 sammitində Kiyevə əlavə vəsait ayrılmasını müzakirə edəcək


  • 18:14

Avropa İttifaqı Fransanın Evianda şəhərində keçiriləcək G7 sammitində Kiyevə əlavə olaraq 45 milyard avroyadək vəsait ayrılması məsələsini müzakirə edəcək.

E-huquq.az xəbər verir ki, bunu sammit öncəsi keçirilən mətbuat konfransında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib.

“90 milyard avroluq kreditimiz Ukraynanın 2026 və 2027-ci illər üçün ehtiyaclarının üçdə ikisini qarşılayır. Qalan üçdə bir hissə ilə bağlı isə Ukraynanın tərəfdaşlarına ümid edirik. Bu məsələni burada, sammitdə müzakirə edəcəyik”, – deyə sədr bildirib.

O, təsdiqləyib ki, Aİ-nin 90 milyard avroluq kredit proqramı çərçivəsində ilk 9 milyard avroluq tranş ayın sonuna qədər Kiyevə köçürülməlidir. O, həmçinin Brüsselin artıq “Ukraynanın növbəti qışı necə keçirəcəyini” müzakirə etməyə başladığını qeyd edib.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl Ukraynanın 2026–2027-ci illər üzrə hərbi ehtiyaclarını 135 milyard avro həcmində qiymətləndirmişdi.

Humay Eminqızı

Oxşar xəbərlər