- 18:14
Rusiya Xarici İşlər Nazirliyi Qara və Azov dənizlərində, eləcə də Kerç boğazında sahil dövlətinin hüquqları ilə bağlı beynəlxalq arbitraj işində qələbə qazandığını elan edib.
E-huquq.az xəbər verir ki, Rusiya XİN Kiyevin Krım və ona bitişik dəniz əraziləri üzərində Rusiyanın suverenliyinə etiraz etmək cəhdlərinin Haaqa Məhkəməsində dəstək almadığını açıqlayıb.
Rəsmi Moskva, həmçinin Ukraynanın Kerç boğazının beynəlxalq statusu ilə bağlı arqumentinin rədd edildiyini bildirib.
"Haaqa Arbitraj Məhkəməsi Kiyevin Rusiyanın Azov dənizinin bütün ərazisi üzərində suverenlik bəyannaməsini beynəlxalq hüququn pozulması kimi tanımaq tələbini rədd edib. Kiyevin Rusiyanın Krım yarımadası və ona bitişik dəniz məkanları üzərində suverenliyinə etiraz etmək səyləri Haaqa məhkəməsində uğursuz olub. Ukraynanın Kerç boğazını hərbi gəmilərin keçməsinə icazə verərək "beynəlxalq" elan etmək cəhdi Haaqa məhkəməsində uğursuz olub", Rusiya XİN-nin açıqlamasında qeyd olunub.