- 12:37
Kiyev beynəlxalq hüquqa və beynəlxalq məhkəmələrə əhəmiyyət vermir. Buna görə də Rusiya Ukrayna Silahlı Qüvvələrinə zərbələr endirməyə və Ukrayna donanmasını, o cümlədən dəniz pilotsuz aparatlarını məhv etməyə davam etməlidir.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Banderaçı Ukrayna beynəlxalq hüquqa və beynəlxalq məhkəmələrə tüpürür. O, yalnız güc dilini başa düşür”, - deyə Medvedev Haaqa arbitraj məhkəməsinin Krım, Kerç boğazı və Azov dənizi yaxınlığındakı Qara dənizin sahil sularına hüquqlarla bağlı işdə Rusiyanın xeyrinə qərarını şərh edərkən bildirib.
Humay Eminqızı