- 13:28
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 43 yeni mövqe ilə genişləndirib.
E-huquq.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyalar 32 hüquqi şəxsə və 11 fiziki şəxsə qarşı tətbiq edilib.
Sanksiyalar siyahısına “Yandex Bank”,” WB Bank”, "Vyatich Bank", “Rosgosstrakh” şirkəti, Rusiya ilə əlaqəli olduğu iddia edilən 27 gəmi, o cümlədən 3 mayeləşdirilmiş təbii qaz tankeri, Çindən 4, Türkiyədən 1, Taylanddan 3, Nigeriyadan 1 şirkət daxil edilib.
Bundan əlavə, məhdudiyyətlər, xüsusilə, Londonun Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin əməkdaşları hesab etdiyi 9 nəfərə də şamil edilib.
Humay Eminqızı