Əraqçi: “ABŞ və İran arasında danışıqların yeni mərhələsi memorandumun imzalanmasından sonra başlayacaq”


  • 12:26

Cümə günü Cenevrədə anlaşma memorandumunun imzalanması ilə ABŞ və İran arasında sanksiyaların ləğvi və İranın nüvə proqramı ilə bağlı münaqişənin həlli üzrə danışıqların yeni raundu başlayacaq.

E-huquq.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb.

“İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu bazar günü yekun olaraq razılaşdırılıb və yaxın zamanda ehtimal ki, cümə günü rəsmi şəkildə sonradan müəyyən ediləcək yerdə imzalanacaq. Eyni zamanda İran və ABŞ arasında yekun razılaşmaya nail olmaq məqsədilə danışıqların yeni raundu başlayacaq”, - Əraqçi deyib.

Humay Eminqızı

Oxşar xəbərlər