İndoneziyada vulkan 7 dəfə püskürdü


  • 13:35

İndoneziyanın Yava adasının şərq hissəsində yerləşən Semeru vulkanı azı 7 dəfə püskürüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, püskürmə zamanı vulkan külü kraterdən 1000 metr yüksəkliyə və ya dəniz səviyyəsindən 4676 metr yüksəkliyə qalxıb.

Yerli hakimiyyət sakinləri və turistləri vulkanın kraterinə 5 kilometr radiusda yaxınlaşmağa çağırıb.

Qeyd edək ki, Semeru İndoneziyanın 4-cü ən hündür vulkanıdır. O dəniz səviyyəsindən 3676 metr yüksəklikdə yerləşir və Yava adasındakı ən yüksək zirvədir.

Humay Eminqızı

Oxşar xəbərlər