- 16:21
Türkiyənin Kırşehir vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kırşehirin Özbağ qəsəbəsində fəhlələri daşıyan avtobus digər bir mikroavtobusla toqquşub.
Hadisə yerinə polis və tibb qrupları göndərilib.
Qəzada sürücülər və nəqliyyat vasitələrində olan 40 nəfər xəsarət alıb.
Yaralılar təcili yardımla Kırşehir Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Kırşehir valisinin müavini İsmail Çetinkaya xəstəxanada yaralılara baş çəkib, onlara şəfa diləyib.
Şəbnəm Mehdizadə