- 16:21
İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağına təşkil etdiyi hücumlarda son 24 saatda 5 fələstinli həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində 8 yaralı xəstəxanalara çatdırılıb.
Atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən indiyədək İsrailin hücumları nəticəsində 997 nəfər həyatını itirib, 3152 nəfər yaralanıb, dağıntılar altından 784 nəfərin cəsədi çıxarılıb.
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 008-ə, yaralıların sayı isə 173 260-a çatıb.
Qəzza zolağında minlərlə cəsədin hələ də dağıntılar altında olduğu bildirilir.
Şəbnəm Mehdizadə