- 10:49
Türkiyənin Mardin şəhərinin Midyat rayonunda təmir işləri zamanı XII-XIV əsrlərə aid olduğu və üzərində yazılar olduğu düşünülən tarixi daş blokları aşkar edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Midyat bələdiyyəsi tərəfindən aparılan işlər zamanı 11 daş blok aşkar edilib.
Qruplar tərəfindən yaxınlıqda yazıları olan daha iki daş blok da tapılıb.
Ərazi Mardin Muzey İdarəsi və jandarma qrupları tərəfindən nəzarətə götürülüb.
_(1).jpg)
Şəbnəm Mehdizadə