Ekvadorun 10 əyalətində fövqəladə vəziyyət elan edildi


  • 09:03

Ekvadorun 10 əyalətində fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xəbər xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ekvador Prezidenti Daniel Noboa fərman imzalayıb,

Prezident artan təhlükəsizlik problemləri və "ciddi daxili iğtişaşlar"ı əsas gətirərək 10 əyalət və 3 şəhərdə 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.

Fərmana əsasən, bu qərar təhlükəsizlik qüvvələrinə daxili asayişi bərpa etmək, ictimai təhlükəsizliyi təmin etmək və cinayətkarlıqla mübarizə aparmaq üçün geniş səlahiyyətlər verir. Eyni zamanda, təhlükəsizlik orqanlarına şübhəli fəaliyyətlə əlaqədar əməliyyatlar aparmaq və zərurət yarandıqda müdaxilə etmək hüququ tanınır.

Fərmanda həmçinin qeyd olunur ki, fövqəladə vəziyyət vətəndaşların hüquq və azadlıqlarına təsir edən cinayətlərin qarşısının alınması, qanunsuz fəaliyyətlərin zərərsizləşdirilməsi və ictimai təhlükəsizliyin bərpası məqsədi daşıyır.

Qərar çərçivəsində mənzil toxunulmazlığının müvəqqəti dayandırılması da nəzərdə tutulur ki, bu da hüquq-mühafizə orqanlarına şübhəli şəxslərin evlərinə daxil olmağa imkan yaradır.

Prezident Noboa daha əvvəl də ölkədə artan zorakılıq səbəbilə bir neçə dəfə fövqəladə vəziyyət elan edib.

Daxili İşlər Nazirliyinin məlumatlarına görə, Ekvadorda 2025-ci ildə rekord sayda - təxminən 9300 qətl hadisəsi ilə baş verib. Bu, qətl hadisələrinə görə Latın Amerikasında ən yüksək göstəricilərdəndir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər