Fabrikdə 7 nəfər həşərat dərmanından zəhərlənib


  • 09:49

Türkiyənin Ədirnə vilayətində fabrikdə 7 nəfər həşərat dərmanından zəhərlənib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, düyü fabrikinin anbarında həşərat, sürfə və göbələk kimi zərərvericilərin qarşısını almaq üçün fumiqasiya tətbiqi aparılıb. Fumiqasiyadan iki gün sonra, anbarı yoxlamaq üçün daxil olan işçilər fosfin qazından zəhərlənib.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib.

Qruplar ərazidə lazımi təhlükəsizlik tədbirlərini gördükdən sonra qazdan təsirlənən 7 işçi təcili yardım maşını ilə xəstəxanasıya aparılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər