Türkiyədə ağır yol qəzası: 2 ölü, 6 yaralı


  • 09:55

Türkiyənin Şanlıurfa vilayətində iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxsaylı təcili yardım maşınları, yanğınsöndürən maşınlar, polis və jandarma qrupları göndərilib.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza sonrası ağır psixoloji vəziyyət keçirən qadın sürücü “Məni öldürün!” deyə qışqırıb.

Xəstəxanaya yerləşdirilən yaralıların müalicəsinin davam etdiyi bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər