Mişustin: Rusiya ilə Özbəkistan arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib


  • 10:49

Rusiya ilə Özbəkistan arasında qarşılıqlı əməkdaşlıq prinsipial olaraq yeni səviyyəyə yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda bildirib.

“İkitərəfli əməkdaşlıq prinsipial olaraq yeni səviyyəyə yüksəlib - iqtisadi qarşılıqlı fəaliyyət genişlənir, sənaye kooperasiyası inkişaf edir, regionlararası əlaqələr isə daha da fəallaşır”, - Baş nazir bildirib.

Mişustinin fikrincə, Rusiya və Özbəkistan iqtisadiyyatının potensialından istifadə etməklə, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanaraq, eləcə də perspektivli layihələri həyata keçirməklə, iki ölkə qarşılıqlı əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıra bilər.

“Ümid edirəm ki, işgüzar dairələr bu işə fəal şəkildə qoşulacaqlar”, - Baş nazir deyib.

O, özbəkistanlı tərəfdaşlarına və Prezident Şavkat Mirziyoyevə ənənəvi səmimiyyətinə, qonaqpərvərliyinə və hökumət nümayəndələrinin, biznes nümayəndələrinin və ekspertlərin aktual əməkdaşlıq məsələlərini müzakirə edə biləcəyi mötəbər platformaya çevrilmiş forumun parlaq təşkilinə görə minnətdarlığını bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər