Vyetnamda kəsilmək üçün oğurlanan 400-dən çox pişik xilas edilib


  • 11:28

Vyetnamda kəsilmək üçün toplanan 400-dən çox pişik xilas edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları pişik oğurluğu ilə məşğul olduğu iddia edilən cinayətkar təşkilatına qarşı əməliyyat keçirib.

Ho Şi Min şəhər polisinin rəsmi qəzetinin məlumatına görə, təhlükəsizlik qüvvələri tərəfindən pişik oğurluğu ilə məşğul olan 9 nəfər saxlanılıb.

Ötən həftə Taynin əyalətində və Ho Şi Min şəhərində müxtəlif yerlərdə keçirilən reydlərdə polis 400-dən çox diri pişik və buz üzərində saxlanılan təxminən 80 ölü pişiyi müsadirə edib.

Şübhəlilər son üç ildə Cənubi Vyetnamda tələ quraraq pişik topladıqlarını etiraf ediblər.

Heyvan hüquqları təşkilatı olan "Humane World for Animals" oğurlanmış pişiklərdən təxminən 40-nın sahiblərinə qaytarıldığını açıqlayıb.

"Humane World for Animals"ın məlumatına görə, Vyetnamda hər il təxminən 5 milyon it və 1 milyon pişik tutulur və ya oğurlanır.

Qeyd edək ki, Vyetnamda it və pişik ətinin istehlakı qanuni olsa da, satıcılardan heyvanların mənşəyini göstərən rəsmi icazələrin olması tələb olunur. Vyetnamda it və pişik əti istehlakı digər Asiya ölkələrinə nisbətən daha çox yayılsa da, mütəxəssislər bu tendensiyanın dəyişməyə başladığını qeyd edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər