- 12:17
Konqo Demokratik Respublikasında Ebola epidemiyası tarixdə ən pis həddə çata bilər.
E-huquqaz xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (Africa CDC) baş direktoru Jan Kaseya bildirib.
Kaseya, hazırda xəstəliyi daşıyanlarla təmasda olan on minlərlə insanın hələ də izinin tapılmadığını bildirib.
"Əgər epidemiyanı tezliklə dayandıra bilməsək, Qərbi Afrikada və Konqo Demokratik Respublikasının şərqində yaşadığımızdan daha pis bir vəziyyətlə qarşılaşacağıq", - deyə o qeyd edib.
Şəbnəm Mehdizadə