Keçilərin insan səslərini izləyərək qida tapdıqları məlum olub


  • 12:17

Keçilərin insan səslərini izləyərək qida tapdıqları məlum olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Royal Society Open Science" jurnalında dərc olunan araşdırmada alimlər ən qədim evcilləşdirilmiş növlərdən biri olan keçi üzərində təcrübələr aparıblar. Tədqiqatda taxta bir torun arxasında gizlənmiş bir tədqiqatçı, keçilərin görə bilmədiyi bir şəkildə vedrələrdən birinə qida qoyub. Torun arxasında gizlənmiş tədqiqatçı həyəcanlı bir tonda dolu vedrəyə doğru danışıb. Test edilən 29 keçinin 60%-i tədqiqatçının çağırdığı istiqamətdə dolu vedrəyə tərəf gedib.

Bu, heyvanların sırf təsadüfən hərəkət etdiyini göstərir.

Tədqiqat qrupundan Stuart Vatson bunuin növlərin insan həyatına uyğunlaşmasına imkan verən və heyvanların rifahı üçün vacib olan idrak dəyişikliklərinə işıq sala biləcəyini bildirib. O əlavə edib ki, keçilərin dünyanı necə qavradığını anlamaq həm insanlar, həm də heyvanlar üçün faydalıdır.

Əvvəlki tədqiqatlar da göstərib ki, keçilər insan əl jestlərini izləyə, insan səslərindəki fərqli emosiyaları ayırd edə və mənfi ifadələrə nisbətən müsbət üz ifadələrinə üstünlük verə bilərlər.

Alimlər bu qabiliyyətin anadangəlmə olub-olmadığını müəyyən etmək üçün oxşar təcrübələrin vəhşi keçilərdə təkrarlanmasını təklif edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər