Türkiyədə Krım-Konqo qızdırmasından 5 nəfər ölüb


  • 14:50

Türkiyənin Sivas bölgəsində bu il Krım-Konqo qızdırmasından 5 nəfər ölüb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Cümhuriyyət Universiteti Səhiyyə Xidmətləri Tətbiqi və Araşdırma Xəstəxanasının baş həkimi professor Ömər Tamer Doğan məlumat verib.

O bildirib ki, virus şübhəsi ilə xəstəxanaya müraciət edən 38 nəfərədən 26-da Krım-Konqo qızdırması aşkarlanıb. Virusa yoluxanlardan 5-i ölüb, 9 nəfərin isə müalicəsi davam edir.

Doğan həddindən artıq yağış səbəbindən bu il Krım-Konqo qızdırmasına yoluxma hallarının arta biləcəyini bildirib.

Professor bütün lazımi tədbirləri gördüklərini vurğulayıb.

O, virusdan qorunmaq üçün vətəndaşlara tövsiyələrini verib. Vətəndaşlara sıx bitki örtüyü olan ərazilərdən çəkinməyi, şalvarlarının ayaqlarını corablarının içinə soxmağı, daha çox örtülü geyim geyinməyi və gənələrin daha asan aşkarlanmasına kömək edəcək açıq rəngli geyimlər seçməyi, evə qayıtdıqdan sonra qoltuqaltılarını, qasıq nahiyəsini və dizlərinin arxasını yoxlamağı tövsiyə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər