- 22:44
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail tərəfinə təqdim edib.
E-huquq.az xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu sazişin açıqlanması məqsədəuyğundur. Biz onun surətini İsrailə göndərmişik. Onlar bizim yaxşı tərəfdaşımızdır”, – deyə bildirib.
O əlavə edib ki, İranla bazar günü əldə olunan razılaşma yaxın vaxtlarda imzalana bilər.
“Mümkündür ki, sabah, yaxud bir gün sonra imzalansın”, – deyə ABŞ Prezidenti qeyd edib.