- 12:59
"İsrailin bölgədəki aqressiv hərəkətləri bütün dünya üçün problemə çevrilib".
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistərə açıqlaması zamanı söyləyib.
"İsrailin aqressiv mövqeyi bütün dünya üçün problemə çevrilib. Bu, təkcə Türkiyənin problemi deyil. İsrail regionda dağıntılar yaratmaq istəyir. O, bəzi ölkələri işğal etməyə və terror aktları törətməyə çalışır. Bunun həm qlobal təhlükəsizlik, həm də iqtisadi baxımından nəticələri var. İsrail getdikcə daha çox beynəlxalq ictimaiyyətin reaksiyası ilə üzləşir. Ümid edirik ki, bu reaksiyalar nəticə verəcək və regionumuzun bütün ölkələri sülh, sabitlik və rifah içində yaşayacaqlar”, - nazir bildirib.
XİN başçısının fikrincə, İran ətrafındakı münaqişə nizamlandıqdan sonra, Qəzza problemini ikinci plana keçirən bu böhran aradan qalxacaq və region ölkələri Fələstin anklavındakı böhranın həllinə daha çox diqqət ayıra biləcəklər.
Humay Eminqızı