- 12:55
NATO ölkələri Ukraynanın hərbi ehtiyacları üçün 70 milyard avro maliyyə yardımı ayırmağı nəzərdən keçirir. Lakin Almaniyanın irəli sürdüyü yeni təşəbbüsdə ABŞ-nin iştirak edib-etməyəcəyi hələ də sual altındadır.
E-huquq.az xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, belə bir məbləğin səfərbər edilməsi ilə bağlı təklif alyansın iyulun 7-8-də keçiriləcək sammitinin əsas mümkün nəticələrindən biri ola bilər. Sözügedən yardım paketi hazırda müzakirə mərhələsindədir.
Kiyevin 2026-cı ildə hərbi ehtiyaclarını maliyyələşdirmək üçün Aİ-dən 28,3 milyard avro alacağı gözlənilir.
NATO-nun baş katibi Mark Rutte deyib ki, rəsmi Vaşinqton Kiyevə bütün zəruri yardımı göstərməyə davam etdiyini çox aydın şəkildə bəyan edib.
Humay Eminqızı