Sabah ABŞ və İran arasında sazişin icrasına dair ilkin danışıqlar keçiriləcək


  • 14:36

Sabah İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran arasında sazişin icrası ilə bağlı ilkin danışıqlar aparılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Mövcud plana əsasən, ABŞ və İran nümayəndələri, eləcə də Pakistan, Qətər və prosesdə iştirak edən digər ölkələrdən olan vasitəçilər sabah Bürgenştok şəhərində sazişin icrasına dair ilkin danışıqlar aparmaq üçün görüşəcəklər. Görüşün cədvəli və təfərrüatları ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb”, - açıqlamada bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər