- 14:47
Son 2 gündə İsrail ordusunun Qəzza zolağınd atəşkəsi pozması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1007 nəfərə, yaralananların sayı isə 3165 nəfərə çatıb.
Dağıntılar altından 784 cəsəd çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 018 nəfərə, yaralananların sayı isə 173 273 nəfərə çatıb.
Humay Eminqızı