Pakistanın Federal Ombudsmanı Azərbaycana təşəkkür etdi


  • 14:47

"Süni intellekt dövründə insan hüquqları kimi cəmiyyətlərimizi sürətlə dəyişdirən mühüm bir mövzu ətrafında Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxış etmək mənim üçün böyük şərəfdir".

E-huquq.az xəbər verir ki, bunu Pakistanın Federal Ombudsmanı Navid Kamran Baloş Ombudsmanların Beynəlxalq Bakı Sammitinin çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” adlı plenar sessiyada deyib.

"Bu möhtəşəm sammitin yüksək səviyyədə təşkilinə və göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasına, xüsusilə də Zati-aliləri xanım Səbinə Əliyevaya və onun peşəkar komandasına dərin minnətdarlığımı bildirmək istəyirəm”, - deyə o qeyd edib.

Oxşar xəbərlər