- 14:47
Rusiya ümid edir ki, ABŞ ilə İran arasında uzunmüddətli barışıq Xəzəryanı dövlətlərin beştərəfli formatda tam işini bərpa etməyə imkan verəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
“İran münaqişəsi beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərib, o cümlədən, bu, Xəzər regionunda da hiss olunub. Biz ümid edirik ki, ən yaxın vaxtda, münaqişə tərəflərinin əldə olunmuş razılaşmaları imzaladıqdan sonra Xəzəryanı dövlətlər - İran, Qazaxıstan, Türkmənistan, Rusiya və Azərbaycan beştərəfli formatda bundan əvvəl Xəzərdə planlaşdırılmış birgə addımların həyata keçirilməsini davam etdirə bilərlər”, - deyə o bildirib.
M.Zaxarova həmçinin vurğulayıb ki, regionda hərtərəfli təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər də daxil olmaqla, belə iş əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruridir.