- 22:06
Türkiyə Milli Təhlükəsizlik Şurasında Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan rəsmi bəyanatda məlumat verilib.
İclas zamanı, Rusiya–Ukrayna müharibəsində son vəziyyət nəzərdən keçirilib, münaqişənin gərginləşməsinə və başda Qara dəniz olmaqla ətraf bölgələrə yayılmasına görə məsuliyyət daşıyan tərəflər ədalətli və davamlı sülhün təmin edilməsi üçün ən qısa zamanda addım atmağa çağırılıb.
Bundan əlavə, Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində qeydə alınan son hadisələr müzakirə olunub və bölgədə davamlı sülhün bərqərar olması üçün atılan addımlar nəzərdən keçirilib.