ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib


  • 22:06

"Amerika Birləşmiş Ştatları faktiki olaraq İran dəniz limanlarının blokadasını aradan qaldırıb və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb”.

E-huquq.az xəbər verir ki, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

"ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımıza düşən hissəsini yerinə yetiririk", - Vens əlavə edib.

Vens bundan başqa ABŞ-ın İran yaxınlığında hərbi mövcudluğunun azaldılmasının da razılaşmanın bir hissəsi olduğunu bildirib.

"Bu, yekun razılaşmadır. Bu halda, qoşunlarımızın səviyyəsini də münaqişədən əvvəlki səviyyəyə endirəcəyik. Yəni orada əlavə aviadaşıyıcı zərbə qrupları saxlamayacağıq", - Vens vurğulayıb.

Oxşar xəbərlər