Məzmuna keç

“Reuters”: ABŞ və İran arasında İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq

İyunun 19-da İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran arasında keçirilməsi nəzərdə tutulan danışıqlar baş tutmayacaq.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Görüşün ləğv edilməsinin səbəbi açıqlanmayıb, yeni tarix barədə də məlumat vermir.

Humay Eminqızı