- 13:14
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürüb.
E-huqiq.az xarici KİV-ə istinadən xəbər verir ki, püskürmə zamanı vulkan külü kraterdən 1 kilometr yüksəkliyə və ya dəniz səviyyəsindən 4676 metr yüksəkliyə qalxıb.
Yerli hakimiyyət sakinləri və turistləri vulkanın kraterinə 5 kilometr radiusda yaxınlaşmağa çağırıb.
Qeyd edək ki, Semeru İndoneziyanın 4-cü ən hündür vulkanıdır. O, dəniz səviyyəsindən 3676 metr yüksəklikdə yerləşir və Yava adasındakı ən yüksək zirvədir.
Humay Eminqızı