Rusiya Silahlı Qüvvələri Donetskdə 5 yaşayış məntəqəsini nəzarətə götürüb


  • 19 İyun 14:37

Rusiya Silahlı Qüvvələri həftə ərzində Donetskdə 5 yaşayış məntəqəsini nəzarətə götürüb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Cənub” qoşun qruplaşması son sutka ərzində Yurkovka yaşayış məntəqəsini, həftə ərzində isə Artema və Ray-Aleksandrovka yaşayış məntəqələrini nəzarətə götürüb.

Həmçinin ötən həftə ərzində “Mərkəz” qoşun qruplaşması Novıy Donbass və Kutuzovka yaşayış məntəqələri nəzarətə götürüb.

Humay Eminqızı

Oxşar xəbərlər