Konqoda Ebola epidemiyası davam edir


  • 15:40

Konqo Demokratik Respublikasında (DRC) Ebola epidemiyasının elan edilməsindən bir ay keçməsinə baxmayaraq, vəziyyət ciddi olaraq qalır.

E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika Regional Ofisinin fövqəladə hallar üzrə direktoru Mari-Roselin Belizaire bildirib.

Onun sözlərinə görə, ölkədə epidemiya yayılmaqda davam edir.

“Bu günə qədər Konqonun 3 əyalətində 33 səhiyyə məntəqəsindən 896 təsdiqlənmiş yoluxma və 232 ölüm faktı qeydə alınıb. Uqandada isə son 12 gündə yeni yoluxma aşkarlanmayıb”, - deyə o qeyd edib.

Belizaire ÜST-nin Konqo hökumətinə dəstək verdiyini və beynəlxalq tərəfdaşlarla birgə işlədiyini bildirib. Onun sözlərinə görə, 115-dən çox ÜST mütəxəssisi müxtəlif bölgələrə göndərilib.

O həmçinin vurğulayıb ki, epidemiya genişləndikcə maliyyə və əməliyyat dəstəyinə ehtiyac da artır.

ÜST rəsmisi bəzi riskli bölgələrdə Ebolanın yayılmasının qarşısını almaq üçün tədbirlərin daha sürətli və geniş şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər