- 17:18
Fransanın 58 əyalətində xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə "Meteo France" meteoroloji xidməti məlumat yayıb.
Məlumatda iyunun 21-dən 23-dək ölkədə rekord temperaturun gözlənildiyini açıqlayıb.
Açıqlamada həmçinin, paytaxt Paris də daxil olmaqla Hauts-de-France bölgəsində güclü küləyin gözlənildiyi, bəzi ərazilərdə küləyin sürətinin saatda 100 kilometrə çatacağı qeyd edilib.
İsti hava ilə əlaqədar olaraq Sene-et-Marne, Jironde, Sarthe və Charente-Maritime bələdiyyələrinin təşkil etdiyi musiqi festivalları ləğv edilib.
Bundan əlavə, Poitiersdəki bəzi universitetlər üçün planlaşdırılan şifahi müsahibələr hava şəraitinə görə təxirə salınıb.
Təhsil naziri Edouard Geffray 4000 şagirdin bu təxirə salınmadan təsirləndiyini və istilər səbəbiylə 784 ibtidai və orta məktəbdə dərs saatlarında bəzi dəyişikliklər edildiyini açıqlayıb.
Daxili İşlər Nazirliyi istilərə qarşı görülə biləcək tədbirlər haqqında məlumat vermək üçün pulsuz qaynar xətt də yaradıb.
Şəbnəm Mehdizadə