Peruda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb


  • 16:02

Peruda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Leonsio Prado əyalətindən paytaxt Limaya gedən sərnişin avtobusu Federiko Basadre şossesində idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 11 nəfər ölüb, bəziləri ağır olmaqla 20 nəfər yaralanıb.

Əraziyə cəlb edilən axtarış-xilasetmə qrupları avtobusun içərisində sıxışmış sərnişinləri çıxarıb.

Qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər