İngiltərədə dəhşətli hadisə: 3 yaşlı uşağı timsahların olduğu əraziyə atdı


  • 16:06

İngiltərədə ağlasığmaz hadisə baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kembricdəki Johnsons of Old Hurst zooparkında baş verib. Belə ki, zooparkda bir şəxs 3 yaşlı uşağı bir neçə metr hündürlükdən timsahların yuvasına atıb. Zoopark sahibi azyaşlı uşağı timsah yuvasına girərək xilas edib.

Yıxılaraq ağır xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ziyarətçilər evakuasiya edildikdən sonra zoopark bir müddət bağlı qalıb. Kembric polisi uşağın vəziyyətinin ağır olduğunu bildirib.

Uşağı tanımadığı güman edilən 30 yaşlı şübhəli adam öldürməyə cəhddə ittiham olunub. Lakin sonradan polisin verdiyi açıqlamada onun əqli qüsurlu olduğu qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər