- 17:18
ABŞ Ədliyyə Departamenti qeyri-qanuni yollarla vətəndaşlıq əldə etdiyi iddia olunan xarici əsilli şəxslərə qarşı yeni tədbirlər görür.
E-huquq.az-un məlumatına görə, departament bu istiqamətdə ən azı 250 nəfərlə bağlı vətəndaşlıq iddialarının ləğvini nəzərdən keçirir.
Məlumata görə, federal qanun Ədliyyə Departamentinə əvvəlki qanun pozuntuları müəyyən edilən şəxslərin vətəndaşlığını ləğv etmək səlahiyyəti verir. Lakin bu proses adətən məhkəmə nəzarəti və uzun hüquqi prosedurlar tələb edir.
Əvvəllər bu cür hallar əsasən insan hüquqları pozuntuları və ağır cinayətlərlə məhdudlaşırdı. İndi isə prioritet kateqoriyaların genişləndirildiyi bildirilir.
Vətəndaşlığı ləğv edilən şəxslər qərardan məhkəmə yolu ilə şikayət edə bilsələr də, prosesin sonunda uduzduqları halda ABŞ vətəndaşlığı ilə bağlı bütün hüquqlarını itirə bilirlər. Onların əvvəlki immiqrasiya statusuna qaytarılaraq deportasiya riski ilə üzləşə biləcəyi qeyd olunur.
Şəbnəm Mehdizadə