- 17:18
Yaponiyanın paytaxtı Tokionun "Haneda" beynəlxalq aeroportunda "British Airways"ə məxsus sərnişin təyyarəsində hadisə baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK dövlət televiziyası məlumatına yayıb.
Tokio-London reysinə hazırlıq zamanı sərnişinlərdən birinə məxsus smartfon qəfil alovlanıb. Hadisə salonda qısa müddətli çaxnaşma yaradıb.
Kabin heyəti vəziyyətə dərhal müdaxilə edərək yanğını söndürüb və daha böyük təhlükənin qarşısını alıb. Təyyarədə olan 211 sərnişinin heç biri xəsarət almayıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Hadisədən sonra təyyarə uçuşu dayandıraraq park mövqeyinə qaytarılıb.
Təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra reys gecikmə ilə Londona yola salınıb.
Şəbnəm Mehdizadə