- 19:09
Slovakiya miqrantların yenidən bölüşdürülməsi mexanizmində iştirakdan imtina etdiyinə görə 2026-cı ildə Aİ büdcəsinə təxminən 4 milyon avro ödəyəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Onun sözlərinə görə, hökumət miqrasiya ilə bağlı müqaviləni dəstəkləmir, lakin sənəd artıq qüvvəyə minib. Buna görə də Slovakiya immiqrantları qəbul etmək əvəzinə maliyyə kompensasiyası ödəmək imkanından istifadə edəcək.
Fitso qeyd edib ki, söhbət ildə təxminən 200 miqrantdan gedir və hər qəbul edilməyən şəxs üçün ödəniş məbləği 20 min avro təşkil edir.
“Bizim üçün həmin ödənişi etmək miqrantları qəbul etməkdən daha yaxşıdır”, – deyə Baş nazir vurğulayıb.