- 21:51
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4 min nəfəri keçib.
E-huquq.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
"2 martdan bəri İsrailin hücumlarında ən azı 4057 nəfər ölüb, 12121 nəfər isə yaralanıb" - "Əl-Cəzirə"nin yaydığı məlumatda qeyd olunur.
O da qeyd olunur ki, İsrailin hücumları nəticəsində son sutkada 83 nəfər ölüb, 141 nəfər yaralanıb.