- 11:48
ABŞ-ın Çikaqo şəhərində naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıblar.
E-huquq.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı azı 13 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Hücum edənlərin qaçdığı bildirilir. Polis hadisə ilə bağlı araşdırma aparır.