- 12:47
Rusiyanın Tuva ərazisində yerləşən “Orlyonok” uşaq düşərgəsinə sərxoş şəxs tərəfindən hücum nəticəsində xəsarət alan uşaqların sayı 14 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İlkin məlumata görə, 2001-ci il təvəllüdlü kişi sərxoş vəziyyətdə uşaq düşərgəsinin korpusuna daxil olub. Hadisə zamanı binada təxminən 30 nəfər olub. Şübhəli şəxs uşaqlara bədən xəsarətləri yetirib. Düşərgənin əməkdaşları hücum edən şəxsi saxlayaraq polis əməkdaşlarına təhvil veriblər.
Hazırda uşaqların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb.
Humay Eminqızı