- 11:48
Türkiyənin Kayseri şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kayserinin Kocasinan rayonunda 4 avtomobil toqquşub.
Zərbənin təsirindən avtomobillərdən biri aşıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları göndərilib.
Qəzaya uğrayan avtomobillərdən birinin Moldova Respublikasının Nevşehirdəki fəxri konsulu Uğurhan Şaşmaza məxsus olub.
Yaralılar tibb qrupları tərəfindən xəstəxanaya aparılıb.
Şəbnəm Mehdizadə