- 12:47
Filippində məktəbdə baş verən silahlı insident nəticəsində 3 şagird həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə San Xose Milli Liseyində qeydə alınıb.
Məlumata görə, iki nəfər məktəbdə silahlı hücum törədib. Hadisə zamanı 5 nəfər yaralanıb.
Polisin açıqlamasına əsasən, insidentlə bağlı iki şübhəli saxlanılıb. Onlardan biri həmin məktəbin şagirdidir.
1500-dən çox şagirdin təhsil aldığı məktəbdə baş verən hadisənin səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə