- 12:47
Livanda müharibənin dayandırılması istiqamətində mühüm irəliləyiş əldə edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
İran və ABŞ arasında danışıqların birinci raundu başa çatdıqdan sonra çıxış edən XİN başçısı bildirib ki, Livanda qarşıdurmaların dayandırılması üçün işçi qrupun yaradılması planlaşdırılır.
Əraqçi qeyd edib ki, Pakistan və Qətərin vasitəçiliyi ilə Livanda müharibənin sona çatdırılması istiqamətində müəyyən irəliləyiş əldə olunub.
O, həmçinin İranın neft ixracına qoyulan məhdudiyyətlərin yumşaldıldığını, bəzi sanksiyaların aradan qaldırıldığını açıqlayıb.
Şəbnəm Mehdizadə