Rusiya Ukrayna istiqamətində üzən ticarət gəmilərinə hücum edib, ölən var


  • 11:15

Rusiya gecə saatlarında Ukrayna istiqamətində hərəkət edən ticarət gəmilərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba məlumat verib.

Hücum nəticəsində gəmilərdən birində yanğın baş verib. Panama bayraqlı gəmidə aşpaz işləyən 58 yaşlı Misir vətəndaşı həyatını itirib.

Kulebanın sözlərinə görə, hadisə zamanı Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla 8 dənizçi xilasedici qayıqlarla təxliyə olunub.

O bildirib ki, Rusiya eyni gecə Palau və Beliz bayraqları altında üzən digər gəmilərə də hücum edib. Kuleba bu hücumları "müharibə cinayəti" kimi qiymətləndirib.

Kuleba hücumu əks etdirdiyi iddia olunan görüntüləri sosial media hesabında paylaşıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər