Konqoda Ebola virusuna yoluxanların sayı 1000-i ötüb


  • 11:33

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola virusuna yoluxanların sayı 1000 nəfəri ötüb.

E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda 1003 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı 254 nəfərə çatıb.

Xəstəxanalarda və karantin məntəqələrində 365 nəfər müalicə alır. 100 nəfər isə virusdan tam sağalıb.

Humay Eminqızı

Oxşar xəbərlər