Qətərdə sənaye zonasında partlayış olub, 54 nəfər yaralanıb


  • 11:38

Qətərdə sənaye zonasında baş verən partlayışda 54 nəfər xəsarət alıb.

E-huquq.az xarici KİV-ə istinaədn xəbər verir ki, Qətərin paytaxtı Dohanın şimalındakı Ras Laffan Sənaye Zonasında partlayış baş verib.

Hazırda itkin düşən 18 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.

Qətərin Energetika Nazirliyi partlayışın planlı təmir əməliyyatından sonra istehsal xəttinin yenidən işə salınması zamanı baş verdiyini açıqlayıb.

Nazirlik, partlayışdan sonra obyektdəki yanğının nəzarət altına alındığını və ölkənin ümumi LNG istehsalı və ixrac əməliyyatlarına təsir etmədiyini vurğulayıb.

Hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Qeyd edək ki, Ras Laffan Qətərə mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük qlobal təchizatçılarından birinə çevrilməyə imkan verən əsas ixrac mərkəzidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər