- 12:52
Fransa Avropada istidən ən çox zərər çəkən ölkələr sırasındadır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qırmızı təhlükə altında olan əyalətlərin sayı 49-a yüksəlib.
Fransanın təhsil naziri Edouard Geffray bu gün 845 məktəbin bağlanacağını açıqlayıb.
Nazir 1800 məktəbdə dərs saatlarında dəyişiklik ediləcəyini bildirib.
Fransa Meteorologiya Agentliyi "Meteo France"ın məlumatına görə, bu gün isti hava ilə əlaqədar 49 əyalətdə "qırmızı", 40 əyalətdə "narıncı" xəbərdarlıq verilib.
Həddindən artıq istilərin gələn həftə də davam edəcəyi proqnozlaşdırılır.
Şəbnəm Mehdizadə