- 16:50
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 734 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 12 idarə olunan aviabomba da məhv edilib.
Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 167 044 pilotsuz uçuş aparatı (PUA), 64 658 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 454 səhra artilleriya qurğusu və minaatan, 29 870 ədəd tank və digər zirehli döyüş texnikası, 1 746 ədəd raket əleyhinə müdafiə sistemi, 671 təyyarə, 662 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.
Humay Eminqızı